Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" növbəti transferini həyata keçirib.

Matc.az xəbər verir ki, Sloveniya təmsilçisi "Nafta 1903"dən ayrılan Darko Hrkanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sloveniyalı yarımmüdafiəçi ilə 2  illik müqavilə  imzalanıb.

Qeyd edək ki, "Sabah" "Çelye"yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest