Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye"də yeni müqavilə qeydə alınıb.

Matc.az xəbər verir ki, Sloveniya təmsilçisi Nikita İosifovun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı sloveniyalı vingerlə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" "Çelye"yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest