03 İyul 2025, 00:33
FUTBOL
"Napoli"nin və Nigeriya millisinin hücumçusu Viktor Osimhen karyerasını Turin "Yuventus"unda davam etdirmək istəyir.
Matc.az xəbə verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Çempionatdakı əzəli rəqibini gücləndirmək istəməyən "Napoli" forvardı ölkə xaricinə satmaq istəyib. Lakin Osimhen bir müddət əvvəl Səudiyyə Ərəbistanı klublarından gələn təklifi rədd edərək, "Yuventus"a keçmək istədiyini bildirib.
Qeyd edək ki, ötən mövsüm Viktor Osimhen "Napoli" rəhbərliyi ilə münaqişəyə görə Türkiyənin "Qalatasaray"ında icarə əsasında çıxış edib. O, İstanbul klubunda 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə edib.