Covanni Van Bronkhorst və Xavi Valero "Liverpul"un baş məşqçisi Arne Slotun məşqçilər heyətinə qatılıb.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə çempionlarının mətbuat xidməti məlumat yayıb.

Van Bronkhorst Slotun köməkçisi, Valero isə qapıçılar üzrə məşqçi olacaq. İspan mütəxəssis komandanın məşqçilər korpusunun qapıçılar departamentinə daxil olan Fabian Otte və əfsanəvi Klaudio Taffareli əvəz edəcək.

Valero daha əvvəl 2007-2010-cu illərdə "Liverpul"da qapıçılar üzrə məşqçi kimi çalışıb, o zaman komandaya Rafa Benites başçılıq edirdi. Daha sonra ispaniyalı ilə "İnter", "Çelsi", "Napoli" və "Real"da çalışıb.

Van Bronkhorst üçün bu, onun köməkçi kimi ilk təcrübəsi olacaq. O, bundan əvvəl "Feyenoord", "Quançjou", "Reyncers" və "Beşiktaş"a rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest