15 Yanvar 2022, 18:00
FUTBOL
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də Belçika yığması ilə yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.
Belçika – Azərbaycan matçı Borqlon şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.