Futbol üzrə İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
“Sampdoriya” doğma meydanda “Verona”ya, “Empoli” isə “Fiorentina”ya qalib gəlib.
 
“Yuventus” bu turda “Atalanta”nın müqavimətini qırmağa çalışıb. Lakin Turin təmsilçisi doğma meydanda minimal hesabla uduzub.
 
“İnter” isə səfərdə “Venetsiya” ilə qarşılaşıb. Milan təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
 
İtaliya A Seriyası
14-cü tur
26 noyabr
 
Kalyari – Salernitana 1:1
Qol: Pavoletti, 73 – Bonatsoli, 90.
 
27 noyabr
 
Sampdoriya – Verona 3:1
Qol: Kandreva, 51. Ekdal, 77. Murru, 90 – Tameze, 37.
 
Empoli – Fiorentina 2:1
Qol: Bandinelli, 87. Pinamonti, 89 – Vlahoviç, 57.
 
Yuventus – Atalanta 0:1
Qol: Sapata, 28.
 
Venetsiya – İnter 0:2
Qol: H.Çalhanoğlu, 34. L.Martines, 90+6-pen.
 
28 noyabr
 
15:30 Udineze – Cenoa
18:00 Milan – Sassuolo
18:00 Spetsiya – Bolonya
21:00 Roma – Torino
23:45 Napoli – Latsio

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest