Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Rakuv"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
 
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 34-cü dəqiqədə məhz Emreli vurub.
 
9 turdan sonra 9 xalı olan "Legiya" 18 komanda arasında 14-cü pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest