Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, turnirin açılış matçında A qrupu çərçivəsində Braziliya və Venesuela milli komandaları üz-üzə gəliblər.
 
Oyun braziliyalıların 3:0 hesablı qələbəsiylə başa çatıb. Qrupun digər matçında Kolumbiya Ekvadoru minimal hesabla məğlub edib – 1:0.
 
B qrupu çərçivəsində iki qarşılaşma baş tutub. Argentina yığması çili ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Paraqvay millisi isə Boliviyadan üstün olub – 3:1.
 
Amerika kuboku
Qrup mərhələsi
 
A qrupu
 
Braziliya – Venesuela 3:0
Qol: Markos Aoas Korrea, 23. Neymar, 64-pen. Qabriel Barbosa, 89.
 
Kolumbiya – Ekvador 1:0
Qol: Edvin Kardona, 42.
 
B qrupu
 
Argentina – çili 1:1
Qol: Lionel Messi, 33 – Eduardo Varqas, 57.
 
Paraqvay – Boliviya 3:1
Qol: Alexandro Romero, 62. Anxel Romero, 65; 80 – Ervin Saavedra, 10-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest