Mərakeş millisinin və "Çelsi"nin sabiq ulduz müdafiəçisi Hakim Ziyeş Braziliyanın "Botafoqo" klubuna transfer olunub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu keçid azad agent statusu ilə reallaşıb. 33 yaşlı oyunçu yeni komandası ilə 31 dekabr 2028-ci ilə qədər qüvvədə olacaq rəsmi müqavilə imzalayıb.
Transferin maliyyə detalları barədə rəsmi açıqlama verilməyib. Təcrübəli futbolçu bu ilin sentyabrında 2025-ci ilin oktyabrından bəri şərəfini qoruduğu Kasablankanın "Vidad" klubundan ayrılmışdı.
Qeyd edək ki, Hakim Ziyeş Niderland çempionatında, xüsusən də Amsterdamın "Ayaks" klubundakı çıxışı ilə dünya futbolunun ulduzuna çevrilib və bu komanda ilə Çempionlar Liqasının yarımfinalına qədər yüksəlib.
Daha sonra o, 40 milyon avro qarşılığında "Çelsi"yə keçərək 2020/21 mövsümündə Çempionlar Liqasının qalibi adını qazanıb. Lakin 2023-cü ildə London klubunun planlarından kənarda qalan mərakeşli oyunçu icarə əsasında "Qalatasaray"a yollanıb və Türkiyədə iki il keçirib.
Hazırda "Botafogo" 25 oyundan sonra topladığı 31 xalla Braziliya çempionatında 14-cü pillədə qərarlaşıb.












