"Kəpəz"in kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydançalarda olmayacaq.

"Kəpəz"in kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydançalarda olmayacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dünən məşqdə zədələnən portuqaliyalı müdafiəçinin sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb. Tibbi heyətin müəyyən etdiyi xüsusi müalicə protokoluna əsasən, Verdaskanın bərpa prosesi 6 həftə davam edəcək.

Gəncə təmsilçisinin müdafiə xəttinin əsas simalarından olan kapitanın bu müddət ərzində komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest