Təcrübəli yarımmüdafiəçi Xames Rodriqes kareyarısını doğma vətənində davam etdirəcək. O, "Atletiko Nasyonal" klubu ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti və maliyyə şərtləri ilə bağlı ətraflı məlumat verilməyib.

35 yaşlı müdafiəçi fevral ayından etibarən Yüksək Futbol Liqası təmsilçisi "Minnesota" klubunda çıxış edirdi.

Rodriqes daha əvvəl Portuqaliyanın "Porto", Fransanın "Monako", İspaniyanın "Real", Almaniyanın "Bayern", İngiltərənin "Everton", Yunanıstanın "Olimpiakos", Braziliyanın "San-Paulu" və Meksikanın "Leon" klublarının oyunçusu olub.

"Real"ın heyətində iki dəfə İspaniya çempionu, Çempionlar Liqasının və UEFA Süperkubokunun qalibi olub. Yarımmüdafiəçi "Bayern" ilə iki dəfə Almaniya çempionluğunu qazanıb.

Kolumbiya millisinin heyətində isə Rodriqes 2014-cü il dünya çempionatının ən yaxşı bombardiri (6 qol), həmçinin Amerika Kubokunun gümüş (2024) və bürünc (2016) mükafatçısı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest