Harri Keyn Çempionlar Liqasında 55-ci qolunu vurub. İngiltərəli hücumçu turnirin Liqa mərhələsinin I turunda "Budo-Qlimt" ilə matçda rəqib qapısına yol tapıb.

Matc.az xəbər verir ki, görüş Münhen təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Keyn turnirdə keçirdiyi 71 oyunda 55 qol vurmağa nail olub. Hazırda 33 yaşlı futbolçu Çempionlar Liqasının ən yaxşı bombardirləri siyahısında 10-cu pillədə qərarlaşıb.

9-cu sırada "Mançester Yunayted"in sabiq hücumçusu Rud van Nistelroy yer alıb. Onun aktivində 56 qol var. 8-ci pillədə isə "Bayer"nin sabiq hücumçusu Tomas Müller qərarlaşıb.

Siyahının 7-ci pilləsində isə turnirdə keçirdiyi 59 oyunda 59 qol vuran "Mançester Siti"nin hazırkı forvardı Erlinq Haland yer alıb.

Qeyd edək ki, növbəti turda "Bayern" oktyabrın 13-də "Vikinq" komandası ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest