"Bavariya" Çempionlar Liqasında əvvəllər yalnız "Real"ın fəth etdiyi tarixi uğura imza atıb.

Matc.az xəbər verir ki, Münhen təmsilçisi turnirin əsas mərhələsinin I turunda "Budo-Qlimt" üzərində böyükhesablı qələbə qazanıb. "Arena Münhen" stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı Camal Musiala açıb. Onun 47-ci dəqiqədə vurduğu qol "Bavariya"mım Avropa Çempionlar Kuboku və Çempionlar Liqası çərçivəsində ümumilikdə 900-cü qolu olub.

Beləliklə, münhenlilər turnir tarixində 900 qol həddinə çatan ikinci komanda olublar. Bu vaxta qədər analoji nəticəni yalnız Madridin "Real" klubu göstərə bilmişdi.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest