"Fənərbaxça"da baş məşqçi İsmail Kartalın istefası qəbul edilib və təcrübəli mütəxəssislə yollar rəsmən ayrılıb.
Matc.az xəbər verir ki, "Fənərbaxça" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda doğma meydanda İtaliyanın "Roma" klubu ilə 1:1 hesablı heç-heçə edib. Bu qarşılaşmadan sonra gözlənilməz hadisə baş verib və İsmail Kartal mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Həmin vaxt kameralar qarşısına keçən klub prezidenti Əziz Yıldırım baş məşqçinin vəzifəsinin başında olduğunu desə də, bu gün keçirilən məşqə çıxmayan mütəxəssisi razı salmaq mümkün olmayıb və onun istefası qəbul edilib.
İsmail Kartal ötən gün istefa qərarı barədə danışarkən bunları deyib: "3 aydır buradayam. Mövsümün əvvəlindən bu günə qədər futbolçularla keçdiyimiz məşqlər, düşərgələr; prezidentimiz, rəhbərliyimiz bizə kömək etməyə çalışdı. Çox gözəl günlər idi.
Bu axşam etibarilə mən futbolçularımı təbrik edirəm və vəzifəmdən istefa edirəm. Mənə bu günə qədər dəstək olan azarkeşlərimizə, media mənsublarına, heyətimə, futbolçu qardaşlarımıza təşəkkür edirəm. Klubumun önünü açmaq üçün belə bir qərar aldım. Heyətlə birlikdə belə bir qərara gəldik. Bundan sonra "Fənərbaxça"ma, futbolçularıma, gələcək məşqçilərə kömək etmək üçün indidən, yol yaxınkən bir daha əsla geri dönməmək şərtilə vəzifəmdən istefa etdim".
Qeyd edək ki, görüş zamanı tribunadan İsmail Kartala su şüşəsi atıldığı və klubun həmin azarkeşi oyunları izləməkdən məhrum etdiyi bildirilir.
"Fənərbaxça"nın növbəti "Qaziantep" matçına komandanı Dirk Kuytun çıxarması gözlənilir.










_1789136678.jpeg)


