"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk tarixi sınağında İngiltərədə "Mançester Yunayted"lə qarşılaşıb. Azərbaycan çempionunun böyük mübarizəsinə baxmayaraq, səfərdə təcrübəli rəqibə 0:4 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşma barədə danışıb.
Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını və səhvlərdən dərs çıxaracaqlarını qeyd edib:
"Əlbəttə, komandamla fəxr edirəm. Bu səviyyədə debütümüz idi və bəlkə də daxilən bir qədər daha artığını gözləyirdik. Ona görə də qolları necə buraxdığımız bir qədər məyusedici oldu, xüsusilə də ilk hissənin sonlarında buraxdığımız iki qol. Bu, müəyyən qədər təcrübəsizlikdən irəli gəlirdi. Topa sahib olmaq və oyuna nəzarət etmək imkanımız yarananda bunu etməyə çalışırdıq. Əlbəttə, "Mançester Yunayted" bir çox məqamda öz oyununu bizə qəbul etdirirdi, amma düşünürəm ki, bizim də qol epizodlarımız oldu.
Bəzən hücum xəttimizlə müdafiəmiz arasındakı məsafə həddindən artıq böyük olurdu. Topu itirəndə bəzən öz düzülüşümüzə qayıtmağa belə macal tapmırdıq. Belə olduğu halda onlar bizi dəfələrlə keçə bilərdilər. Üç ildən sonra Çempionlar Liqasına qayıdıb qələbə qazanmaq böyük nəticədir. Onları təbrik edirəm".












