Çili millisinin sabiq tanınmış müdafiəçisi Maurisio İsla 38 yaşında  karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə futbolçu özünün "Instagram" səhifəsində məlumat yayıb.

Bildirilir ki, cari ilin yanvar ayından bəri azad agent statusunda olan İslanun son klubu 2024–2025-ci illərdə şərəfini qoruduğu "Kolo-Kolo" olub. Çilili müdafiəçi karyerası ərzində həmçinin "Udineze", "Yuventus", "Kuin Park Reyncers", "Marsel", "Kalyari", "Fənərbaxça", "Flamenqo", "Universidad Katolika" və "İndependiente" kimi klubların da rənglərini qoruyub.

Təcrübəli oyunçu 2007–2025-ci illər aralığında Çili millisində 145 matça çıxıb və 5 qol vurub. O, ölkəsinin milli komandasının tarixində ən çox oyun keçirən 5-ci futbolçudur. İsla Çili yığmasının tarixində qazanılan yeganə iki titulun – 2015 və 2016-cı illərdəki Amerika Kubokunun qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest