Tanınmış braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo karyerasını "Santos"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, müqavilənin müddəti 4 aydan az – cari ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Koutinyo "Santos"a azad agent statusu ilə keçəcək.

O, doğma klubu "Vasko da Qama"dan ayrıldığı cari ilin fevral ayından bəri bu statusdadır. Bundan sonra yarımmüdafiəçi, Rusiyadan təkliflər almasına baxmayaraq, hətta karyerasını başa vurmaq ehtimalını da nəzərdən keçirirdi.

"Vasko da Qama"dan başqa, Koutinyo karyerası ərzində "İnter", "Espanyol", "Liverpul", "Barselona", "Bayern", "Aston Villa" və "Əl-Duhail" klublarında da çıxış edib.

Yarımmüdafiəçi Braziliya millisinin heyətində 68 oyun keçirib və 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest