"Barselona"nın müdafiəçisi Jül Kunde komanda məşqlərindən sonra əlavə olaraq çalışır.

Matc.az xəbər verir ki, bu barədə "Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, əsas komandanın məşqləri başa çatdıqdan sonra fransalı futbolçu meydanda qalır və fiziki hazırlıq üzrə məşqçilər, həmçinin fizioterapevtlərlə işini davam etdirir. Kunde mümkün qədər tez ən yaxşı formasına qayıtmaq və yenidən Hansi Flikin etimadını qazanmaq istəyir.

Mövsümün əvvəlində müdafiəçinin mövqeyi dəyişib, "Barselona"ya keçidindən bəri ilk dəfə olaraq onun start heyətindəki yeri artıq zəmanətli görünmür.

Bununla belə, fransalı futbolçu "Barsa"nın əsas oyunçularından biri olduğu vaxtlarda belə, klub məşqlərindən kənarda fərdi şəkildə hazırlaşırdı. Komanda ilə məşqin başlamasına bir neçə saat qalmış onun dəfələrlə Sitcesdəki yüngül atletika stadionunda çalışdığı görülüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest