"Sabah" klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində İngiltərənin "Mançester Yunayted" komandası ilə qarşılaşacaq.

Matc.az xəbər verir ki, təmsilçimiz üçün bu oyun xüsusi tarixi əhəmiyyət kəsb edir, çünki komanda tarixində ilk dəfədir avrokuboklara vəsiqə qazanıb və debütünü birbaşa qitənin ən nüfuzlu turnirində edir.

Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "Old Trafford" stadionunda keçiriləcək bu tarixi matçda maksimum uğurlu nəticə qazanmağa və azarkeşlərini sevindirməyə çalışacaq.

Xatırladaq ki, təmsilçimiz turnir çərçivəsində növbəti oyunlarını doğma meydanda keçirəcək. Bakıda baş tutacaq matçlarda oktyabrın 13-də Çexiyanın "Slaviya", oktyabrın 20-də isə Almaniyanın "Borussiya" (Dortmund) kollektivi komandamızın qonağı olacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
10 sentyabr

23:00. "Mançester Yunayted" – "Sabah"

Baş hakim: Villi Delajod
Baş hakimin köməkçiləri: Ervan Finjan, Valentin Evrar
Dördüncü hakim: Matyo Vernis
VAR: Jerom Brisar
AVAR: Momçilo Markoviç
"Old Trafford" stadionu (Mançester)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest