Tanınmış argentinalı hücumçu Mauro İkardi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TyC Sports" portalı məlumat yayıb.

33 yaşlı hücumçunun xidməti İngiltərənin "Everton" klubuna təklif olunub. Mersisayd təmsilçisi İliman Ndiayenin gedişindən sonra "transfer pəncərəsi" bağlanana qədər mərkəz hücumçusu mövqeyini gücləndirə bilmədiyi üçün bu variantı nəzərdən keçirir.

Təcrübəli forvardn keçidinə Yunanıstanın "Olimpiakos" və PAOK klubları da iddialıdır. İtaliyada isə onunla maraqlananlar arasında "Latsio" və "Parma" yer alır.

Qeyd edək ki, Mauro daha əvvəl, 2012–2019-cu illərdə A Seriyasında "Sampdoriya" və Milanın "İnter" klublarının heyətində çıxış edib. O, "neradzurri"nin heyətində iki dəfə çempionatın ən məhsuldar oyunçusu olub və komandanın kapitanı sarğısını daşıyıb.

İkardi cari ilin iyul ayından, yəni "Qalatasaray"la müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusundadır. Ötən mövsüm 33 yaşlı hücumçu bütün turnirlərdə çıxış etdiyi 47 matçda 16 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest