10 Sentyabr 2026, 23:45
FUTBOL
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) yeni mövsümdən Pari Liqasında çıxış edən "Soçi" klubuna transfer qadağası qoyub.
Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytındakı qadağan olunmuş klubların siyahısında məlumat yer alıb.
Qərar sentyabrın 9-da qüvvəyə minib. Buna səbəb Rusiya klubunun ötən ilin yay "transfer pəncərəsi"ndə serbiyalı müdafiəçi Nemanya Stoyiçin keçidinə görə İsrailin Tel-Əviv "Makkabi"sinə olan borcudur.
Qeyd edək ki, "Soçi" hazırda turnir cədvəlində 10 oyundan sonra 19 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın Rusiya Premyer Liqasına birbaşa vəsiqə verən zonadan geri qalması cəmi 3 xaldır.












