Azərbaycan təmsilçisi "Sabah"ın U-19 komandası bu gün səfərdə İngiltərə nəhəngi "Mançester Yunayted"in qonağı olub.
UEFA Gənclər Liqasında Liqa mərhələsinin ilk turunun qarşılaşmaları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah"ın U-19 komandası bu gün səfərdə İngiltərə nəhəngi "Mançester Yunayted"in qonağı olub.
"Mançester Yunayted"in gəncləri ilə keçirilən görüş Masazır təmsilçisi üçün uğursuz alınıb. Meydan sahiblərinin aşkar üstünlüyü ilə keçən matç "qırmızı şeytanlar"ın 5:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" Liqa mərhələsinin növbəti turunda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək. Oktyabrın 10-da "Bank Respublika Arena"da təşkil olunacaq həmin qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.












