"Sumqayıt" Futbol Klubu olaraq hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik.
Azərbaycan Premyer Liqasının III turunun "Səbail"lə oyunu "Qarabağ"ın iki futbolçusu üçün yubileylə əlamətdar olub. Ağdam klubunun 4:0 hesablı qələbəsində bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib.
Azərbaycan Premyer Liqasında IV turun təqvimi müəyyənləşib. Milli komandaların seçmə mərhələ oyunları üçün çempionatda verilmiş fasilədən sonrakı ilk turda azarkeşlər mərkəzi oyuna şahidlik edəcək. Belə ki, "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək görüşlərin təyinatlarında dəyişikliklər edilib. Bu barədə AFFA Hakim və Hakim-İnspektorlar Komitəsi qərar qəbul edib.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandası müəyyənləşib. İki futbolçu ardıcıl ikinci dəfə simvolik komandaya düşə bilib. Bunlar "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov və yarımmüdafiəçisi İsmayıl İbrahimlidi.
AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Komitə Premyer Liqanın II turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. "Sabah"la oyunda qırmızı vərəqə alan "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli 1 oyun cəzalanıb.
"Səbail"in hücumçusu Ağabala Ramazanov klubun rəsmi saytına açıqlamasında komandasının Premyer Liqaya uğurlu startından danışıb. Milli komandamızın üzvü bunun onlara əlavə motivasiya verdiyini söyləyib.
"Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilsəydik, psixoloji olaraq daha yaxşı durumda ola bilərdik. Bu, kollektivə yaxşı təsir edərdi. Amma çempionata köklənməli və nəticələri yaxşılaşdırmalıyıq".
"Qarabağ" Azərbaycan Premyer Liqasındakı qələbə seriyasını 10 oyuna çatdırıb. 2018-19 mövsümünün son 8 matçında xal itirməyən Ağdam klubu cari çempionatın startında 2-ci qələbəyə sevinib. Qurban Qurbanovun yetirmələrinin son xal itkisi martın 9-na təsadüf edib.
"Zirə" Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" ilə görüşəcək. Bu, bakılıların cari mövsümdə ilk ev oyunu olacaq. Komanda ölkənin ən titullu klubu ilə 17-ci dəfə qarşılaşacaq.
Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli məlum olub. Oyunlar 2 günü əhatə edəcək. Avqustun 31-də və sentyabrın 1-də keçiriləcək oyunların hamısını "CBC Sport" kanalı canlı yayımlayacaq.
Azərbaycan Premyer Liqasında II turun təyinatları müəyyənləşib. Peşəkar Futbol Liqası oyunlara təyinat alan hakimlərin adlarını açıqlayıb. Turun mərkəzi görüşü sayılan "Qarabağ" - "Qəbələ" qarşılaşması İnqilab Məmmədova həvalə edilib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.