İtaliya təmsilçiləri "İnter", "Latsio" və "Atalanta" "Liverpul"un hücumçusu Federiko Kyezanın xidmətində maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı vinger gələn ilin yanvar ayında İtaliyaya qayıda bilər.

Təcrübəli oyunçu yalnız Luis Enrike komandanı tərk edəcəyi təqdirdə "İnter"ə keçəcək. Onun "Latsio"ya potensial transferini isə Kyezanın illik 6 milyon avrodan çox olan maaşı çətinləşdirə bilər.

Cari mövsümdə Kyeza Premyer Liqada cəmi bir matçda iştirak edib. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında yer alan məlumata görə, italyan vingerin bazar dəyəri 10 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest