"Milan"ın yarımmüdafiəçisi Alfaco Sisse avrokuboklarda yeni tarixi rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gənc yarımmüdafiəçi UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci turunda "Zaltsburq"u darmadağın etdikləri matçda (4:0) 3 qol vuraraq avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu adını qazanıb. O, bu uğura 19 yaş 358 günlüyündə imza atıb.
Maraqlıdır ki, əvvəlki rekord cəmi 2 gün öncə "Brügge"nin hücumçusu Nikolo Trezoldi tərəfindən yenilənmişdi. Trezoldi oktyabrın 14-də UEFA Çempionlar Liqasında "İnter"ə qarşı keçirilən dramatik oyunda (4:3) 22 yaş 54 günlüyündə het-trik etmişdi.
Trezoldinin bu göstəricisinə qədər isə rekord Alessandro Del Pyeroya məxsus idi. İtaliya futbolunun əfsanəsi 1997/1998 mövsümündə "Yuventus"un heyətində "Monako"ya qarşı Çempionlar Liqasının yarımfinal görüşündə (4:1) 23 yaş 144 günlüyündə 3 qol vurmağı bacarmışdı.

_1792157376.jpg)











