"Sumqayıt" Azərbaycan Premyer Liqasının sonuncu turunda "Səbail"lə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, bu komandalar indiyə qədər ümumilikdə 13 dəfə üz-üzə gəlib.
 
İlk qarşılaşmada rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən "Sumqayıt" bu görüşlərdə 6 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub. 13 görüşdə qeydə alınan ümumi top fərqi 14:12 "Sumqayıt"ın xeyrinədir.
 
Sumqayıtlıların "Səbail"lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla Əli Qurbani izləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest