"Liverpul"un əfsanəvi sabiq müdafiəçisi Stiven Cerrard baş məşqçi Fil Parkinsonun qovulacağı təqdirdə "Rekshem"ə rəhbərlik etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" radiosu məlumat yayıb.
Bildirilir ki, Çempionşipdə keçirdiyi 10 turdan sonra Uels klubu 11 xal toplayaraq turnir cədvəlində 17-ci yerdə qərarlaşıb. Qeyd olunur ki, işlərin bu cür gedişatı "Rekshem" rəhbərliyini baş məşqçi postuna digər namizədləri nəzərdən keçirməyə məcbur edir.
"Qırmızı əjdahalar"ın məşqçi postuna iddialılar arasında ötən mövsüm "Börnli"yə rəhbərlik etmiş 46 yaşlı mütəxəssis Skott Parker də var.
Qeyd edək ki, Cerrardın son iş yeri 2025-ci ilin qışında tərk etdiyi Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu olub. Buna qədər isə mütəxəssis "Reyndjers" və "Aston Villa"ya rəhbərlik edib.













