"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bürünc medalı təmin etdik. Komandada olan hər kəsi təbrik edirəm. Mövsüm çətin keçdi."Səbail"ə uğurlar arzulayıram. Rəqib bu gün əla çıxış etdi. Aftandil Hacıyev yaxşı komanda qurub. Onlarla oynamaq heç də asan deyil. Bu oyun bizim üçün önəmli idi. 
 
Azarkeşlərimizi təbrik edirəm. İlk dəfə bürünc medal qazandıq. Bu oyunda qalib gəldik, amma hələ işimiz bitməyib. Kubokun finalında da qələbə gözləyirəm. "Keşlə" ilə həlledici oyuna hazırlaşırıq. Vaxtımız azdır.
 
 "Zirə"nin "Sabah"la oyunda uduzacağını gözləyirdim. Amma söhbət təkcə onlardan getmir, bizim çempionatdan hər şey gözləyirəm. Son 3 turda biz xal itirdik, "Zirə" önə keçdi, sonra əksinə oldu. Bu gün qələbə qazanmasaydıq, vəziyyət başqa cür olacaqdı. Əsas qalib gəlmək idi, bunu da bacardıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest