Fransanın məşhur "France football" jurnalının təsis etdiyi Ballon d’Or ("Qızıl top") mükafatının 2026-cı il üçün qalibləri bir neçə gündən sonra məlum olacaq. Maraqlı olacağını nəzərə alaraq, "Kəpəz" komandasında bununla bağlı sorğu apardıq.
Matc.az xəbər verir ki, bununla bağlı "Kəpəz" klubunun heyəti arasında maraqlı bir sorğu keçirilib.
Baş məşqçi Azər Məmmədov və futbolçuların qatıldıqları səsvermə 3 nominasiya üzrə ("İlin ən yaxşı futbolçusu", "İlin ən yaxşı qapıçısı" və "İlin ən yaxşı məşqçisi") keçirilib. Yekunda maraqlı nəticələr qeydə alınıb. Belə ki, "sarı-göylər" "Barselona"lı Lamin Yamal, "Arsenal"ın qapıçısı David Raya və PSJ-nin baş məşqçisi Luis Enrikeyə üstünlük veriblər.
Qeyd edək ki, "Qızıl top" mükafatına nominantlar 3 avqust 2025-ci ildən 19 iyul 2026-cı ilə qədər olan göstəriclərə əsasən müəyyənləşdirilib. Ballon d’Or-un qalibləri 26 oktyabr 2026-cı ildə Londonda rəsmən açıqlanacaq.
"KƏPƏZ"in SEÇİMİ
İlin ən yaxşı futbolçusu:
Lamin Yamal ("Barselona", İspaniya yığması) – 11 səs
Lionel Messi ("İnter Mayami", Argentina yığması) – 10 səs
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan yığması) – 3 səs
Kilian Mbappe ("Real Madrid", Fransa yığması) – 2 səs
Maykl Olise ("Bavariya", Fransa yığması) – 1 səs
İlin ən yaxşı qapıçısı:
David Raya ("Arsenal", İspaniya yığması) – 9 səs
Unai Simon ("Atletik Bilbao", İspaniya yığması) – 7 səs
Emiliano Martines ("Çelsi", Argentina yığması) – 4 səs
Tibo Kurtua ("Real Madrid", Belçika yığması) – 3 səs
Xuan Qarsiya ("Barselona", İspaniya yığması) – 2 səs
Vozinya ("Kolo-kolo", Kabo-Verde yığması) – 1 səs
Yassin Bunu ("Əl-Hilal", Mərakeş yığması) - 1 səs
İlin ən yaxşı məşqçisi:
Luis Enrike (PSJ) – 19 səs
Mikel Arteta ("Arsenal") – 5 səs
Luis de la Fuente (İspaniya yığması) – 3 səs










_1792157376.jpg)


