"Səbail" "Sumqayıt" oyunu Rəşad Əhmədova, "Sabah" - "Zirə" matçı Əliyar Ağayevə, "Keşlə" - "Qəbələ" qarşılaşması isə Rəvan Həmzəzadəyə həvalə olunub. Mövsümün çempionunu müəyyənləşdirəcək "Neftçi" - "Qarabağ" oyununa isə Elçin Məsiyev təyinat alıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 28-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Səbail" "Sumqayıt" oyunu Rəşad Əhmədova, "Sabah" – "Zirə" matçı Əliyar Ağayevə, "Keşlə" – "Qəbələ" qarşılaşması isə Rəvan Həmzəzadəyə həvalə olunub.
 
Mövsümün çempionunu müəyyənləşdirəcək "Neftçi" – "Qarabağ" oyununa isə Elçin Məsiyev təyinat alıb.
 
Azərbaycan Premyer Liqası
28-ci tur
19 may
 
"Səbail" – "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. "ASCO Arena", 18:00.
 
"Sabah" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Masazır. "Bank Respublika Arena", 18:00.
 
"Keşlə" – "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. "ASK Arena", 18:00.
 
"Neftçi" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. "Dalğa Arena", 20:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest