"Liverpul" yayda transfer etmək məqsədilə "Aston Villa"nın yarımmüdafiəçisi Yohan Manzambini cari mövsüm ərzində yaxından izləməyi hədəfləyib.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı futbolçu "Real"ın maraq dairəsində olan Aleksis Mak Allisterə potensial əvəzləyici kimi nəzərdən keçirilir.

Manzambi ötən yay "Aston Villa"ya keçib. Bu müddət ərzində isveçrəli oyunçu bütün turnirlərdə 5 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 65 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest