"Betis"in braziliyalı vingeri Antoni "Portu"ya qarşı keçirilən Çempionlar Liqası matçı zamanı evində oğurluq hadisəsinin baş verdiyini bildirib.
Matc.az xəbər verir ki, bu barədə futbolçu özünün "Instagram" səhifəsində paylaşıb.
Braziliyalı oyunçu hadisədən qələbə ilə başa çatan oyundan sonra xəbər tutub.
Antoni onu ən çox narahat edən məqamın qeyri-müəyyənlik hissi və yaxınlarının keçirdiyi sarsıntı olduğunu vurğulayıb. Eyni zamanda o, gərəkli olanın ailəsinin həyatı, dincliyi və rifahı olduğunu qeyd edib.
İspaniya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Futbolçu evindən məhz hansı əşyaların oğurlandığını dəqiqləşdirməyib.
Qeyd edək ki, "Betis" – "Portu" matçı Meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.












