"Real"ın müdafiəçisi Ferlan Mendi itlərindən birinin azyaşlıya hücum etməsindən sonra məhkəmə qarşısına çıxacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Bildirilir ki, Madrid Cinayət Məhkəməsi məhkəmə prosesinin başlama tarixini dekabrın 21-nə təyin edib. Mendi bədən xəsarətləri yetirmə maddəsi ilə ittiham olunur. Belə ki, onun itlərindən biri 17 yaşlı yeniyetmənin ayağından dişləyib, həmçinin digər iki itə hücum edib. Həmin itlərdən biri aldığı xəsarətlər səbəbindən sonradan iynə ilə yatızdırılmalı olub.

Prokurorluq "Real"ın müdafiəçisinin 1200 avro məbləğində cərimələnməsini, həmçinin zərərçəkmişlərə 5700 avro məbləğində təzminat ödəməsini tələb edir. Hadisə 4 yanvar 2023-cü ildə Mendinin dörd itinin nəzarətsiz şəkildə həyətdən qaçması nəticəsində baş verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest