16 Oktyabr 2026, 10:47
FUTBOL
İspaniya təmsilçisi "Xetafe" ingiltərəli hücumçu Ceydon Sançonun xidmətində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, "Xetafe" azad agent statusunda olan Ceydon Sançonu transfer etmək üçün ona rəsmi təklif göndərib. Sançonun karyerasını Yaxın Şərqdə davam etdirmək variantları da var, lakin "Xetafe" Meyson Qrinvudla bağlı müqaviləni təkrarlamaq və Ceydonu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, bundan əvvəl 26 yaşlı Ceydon Sanço "Mançester Yunayted"dən icarə əsasında "Aston Villa"da çıxış edib.













