Millimizin müdafiəçisi Albaniya Kubokunda oynadı
Doğma arenasında “Partizani”ni qəbul edən “Eqnatiya” 0:1 hesabı ilə məğlub olub. Qonaqlar qələbə topunu 85-ci dəqiqədə vurublar. Start heyətində meydana çıxan Zamiq Əliyev qarşılaşmanı əvəz edilmədən keçirib.



























