31 İyul 2025, 10:37
FUTBOL
Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 82, Konfrans Liqasında 21, İntertoto Kubokunda 9 dəfə azarkeşlərini sevindiriblər. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.
Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb. Matc.az xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.
Ağdam təmsilçisi İrlandiya klubunu 1:0 hesabı ilə üstələyib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.
Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 82, Konfrans Liqasında 21, İntertoto Kubokunda 9 dəfə azarkeşlərini sevindiriblər. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.
Qeyd edək ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.