"Napoli"nin idman direktoru Covanni Manna klubun mövsümün sonunda hücumçu Rasmus Hoylandı "Mançester Yunayted"dən almaq niyyətini təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

"Buna şübhə yoxdur. Rasmus burada qalacaq. Çempionlar Liqasına vəsiqə qazansaq, onu "Mançester Yunayted"dən almağa borcluyuq. Hər bir halda o, planlarımız daxilindədir", - deyə Covanni Manna bildirib.

Qeyd edək ki, bu mövsüm Hoyland bütün yarışlarda 35 oyunda meydana çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest