13 Mart 2026, 14:25
FUTBOL
"Mançester Siti"nin futbolçusu Ceremi Doku karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Atletiko" belçikalı vingerin xidmətinsdə maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Madrid təmsilçisi Dokunu yayda heyətinə qatmağa çalışacaq. "Şəhərlilər"in əsas heyətində düşməkdə çətinlik çəkən 23 yaşlı oyunçu özü də klubunu dəyişməyə isti yanaşır.
Qeyd edək ki, Ceremi Doku bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 33 oyunda 3 qol vurub, 12 məhsuldar ötürmə edib.




_1773410363.jpg)







