13 Mart 2026, 16:16
FUTBOL
İngiltərə Premyer liqasında fevralın ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, "Mançester Siti"nin formasını geyinən Antuan Semenyo ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı vinger fevralda İngiltərə çempionatında keçirdiyi 5 matçda 3 qol vurub, 1 qol ötürməsi edib.
Qeyd edək ki, "Mançester Siti" Antuan Semenyonu bu ilin yanvarında "Bornmut"dan 72 milyon avroya transfer edib.




_1773415960.jpg)




_1773410363.jpg)


