Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın İrlandiyanın "Şelburn" komandası üzərində qələbəsi (1:0) sayəsində Azərbaycan UEFA əmsallar cədvəlində 0,250 xal qazanıb.

Matc.az xəbər verir ki, hazırda ölkəmizin 18,375 xalı var.

Bu nəticədən sonra, Azərbaycan Rusiyanı (18,299) qabaqlayaraq 29-cu yerdən 28-ci yerə yüksəlib.

Qeyd edək ki, Rusiya klubları 2022/23 mövsümündən avrokuboklarda iştirak etmirlər, lakin ölkə hər mövsümün sonunda UEFA-dan kənarlaşdırıldığı üçün kompensasiya olaraq 4,333 xal alır. Rusiya gələn ilin mayında Avropa Futbol İttifaqından növbəti "hədiyyə"sini alsa, rusların 22,632 xalı olacaq. Bu o deməkdir ki, "Qarabağ" və digər Azərbaycan klubları 2025/26 mövsümünün sonuna kimi Rusiyanı üstələmək üçün çox səy göstərməli olacaqlar.

Bundan əlavə, 27-ci yerdə olan və hazırda 18,725 xalı olan Ukraynanı ötmək şansıməz da var. Hazırda 30-cu yerdə olan Bolqarıstanın (16,875) yaxınlaşmasına imkan verməmək də vacibdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest