13 Mart 2026, 15:02
FUTBOL
"Real" Eduardo Kamavinqa ilə yollarını ayırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
"Kral klubu" fransalı yarımmüdafiəçini yayda satışa çıxaracaq. Madrid təmsilçisi 23 yaşlı futbolçuya 50 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Eduardo Kamavinqa bu mövsüm "Real"ın heyətində keçirdiyi 31 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.


_1773415960.jpg)



_1773410363.jpg)





