13 Mart 2026, 18:10
FUTBOL
Futbol üzrə Azərbaycan I Liqasında XVIII tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutub.
"Cəbrayıl" ev oyununda "Zaqatala"nı qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, xallarının sayını 16-ya yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Zaqatala" isə 21 xalla 7-ci sıradadır.
I Liqa
XVIII tur
13 mart
"Cəbrayıl" – "Zaqatala" - 1:0
Qol: D.Açimi, 80








_1773415960.jpg)



