30 İyul 2025, 20:12
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də iyul ayının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, iyulda argentinalı 5 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, hazırda "İnter Mayami" Şərq Konfransının turnir cədvəlində 42 xalla beşinci yerdədir.