30 İyul 2025, 21:36
FUTBOL
PSJ və Slovakiya millisinin mərkəz müdafiəçisi Milan Şkrinyar Türkiyənin "Fənərbaxça" klubuna keçidini tamamlayıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.
Tərəflər arasında müqavilə imzalanıb. Transferin məbləği 7 milyon avro və daha 3 milyon avro isə bonus olaraq təşkil edir.
Xatırladaq ki, 29 yaşlı slovakiyalı 2023-cü ilin yayında Milan "İnter"indən azad agent kimi PSJ-yə keçsə də, Luis Enrikenin komandasında start heyətə düşə bilməyib. Ötən mövsüm müdafiəçi 28 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.