13 Mart 2026, 15:15
FUTBOL
"Beşiktaş"la oyunda qırmızı vərəqə alan Leroy Sanenin cəzası məlum olub.
Matc.az xəbər verir ki, İntizam Komitəsi "Qalatasaray"ın futbolçusuna 2 oyunluq cəza verib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Almaniyalı vinger Super Liqada "Başakşehir" və "Trabzonspor"la matçlarda iştiraak etməyəcək.
Qeyd edək ki, Leroy Sane mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir. 30 yaşlı futbolçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 34 oyunda 6 qol vurub, 8 qol ötürməsi edib.


_1773415960.jpg)



_1773410363.jpg)





