13 Mart 2026, 16:24
FUTBOL
"Latsio" yay "transfer pəncərəsi"ndə baş məşqçisini dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.
Bildirilir ki, romalıların baş məşqçisi Mauritsio Sarrinin gələcəyi sual altındadır. Onun rəhbərliklə münasibətləri yaxşı deyil.
Məşqçinin 2028-ci ilə qədər olan hazırkı müqaviləsinə baxmayaraq, iki tərəf bu yay tərəfdaşlıqlarına son qoya bilər.
Xatırladaq ki, Sarri ötən yay ikinci dəfə "Latsio"nun başına keçib. O, 2021-ci ildən 2024-cü ilə qədər də klubu çalışdırmışdı, lakin ardıcıl məğlubiyyətlərdən sonra 2023/24 mövsümünün yazında istefaya göndərildi.
Komanda hazırda A Seriyasında 10-cu yerdədir və dünən İtaliya Kubokunun yarımfinalının ilk oyununda "Atalanta" ilə 2:2 heç-heçə edib.





_1773415960.jpg)




_1773410363.jpg)

