"Göztəpə"in braziliyalı hücumçusu Romulo "RB Leypsiq" klubunun futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı braziliyalı ilə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "RB Leypsiq"in heyətində Romulo 40 nömrə altında çıxış edəcək.

Transferin maliyyə şərtləri açıqlanmır, lakin mətbuatda yayılan xəbərlərə görə, "Göztəpə" futbolçusu üçün 20 milyon avro alıb. Bonusları nəzərə alsaq, məbləğ 25 milyona çata bilər.

Qeyd edək ki, Romulo ötən mövsüm "Göztəpə"nin heyətində bütün turnirlərdə 33 matçda 17 qol vurub və 10 məhsuldar ötürmə edib. O, 2024-cü ilin yayından Türkiyə klubunda çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest