15 Avqust 2025, 19:05
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Tobi Kolye bütün mövsümü "Vest Bromviç"də keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 21 yaşlı ingilis Çempionşip təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Kolye "Mançester Yunayted"ə 13 matçda iştirak etsə də, qol vura bilməyib.