"Leypziq" "Göztepe"nin hücumçusu Romulonu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisi Romulo üçün İzmir klubuna 20+5 milyon avro təzminat ödəyəcək. Forvard "Leypziq"lə 5 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Romulo 2024-cü ilin fevral ayından "Göztepe"də çıxış edirdi. 23 yaşlı futbolçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 46 oyunda 22 qol vurub, 13 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest