"Milan" heyətinə yeni müdafiəçi cəlb edib.

Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Yanq Boyz"dan Zakari Atekamenı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" İsveçrə U-21 millisinin üzvü üçün onun klubuna 10 milyon avro təzminat ödəyib. 20 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Zakari Atekame bu mövsüm "Yanq Boyz"un heeyətində 4 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest